Azərbaycanda məscidlərdə təyyarə qəzasında həlak olanların xatirəsi anılıb

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar qəza nəticəsində həlak olanların xatirəsi bu gün Azərbaycanın bütün məscidlərində anılıb.

QMİ-i sədrinin göstərişinə əsasən məscidlərdə təyyarə qəzasında həlak olanların ruhlarına Qurani Kərimdən ayələr tilavət edilib, onların ruhlarına dualar oxunub.

Həlak olanların xatirəsi hörmətlə anılıb.