Azərbaycan Dəməşqdə 12 ildir bağlı olan səfirliyini yenidən açmaq qərarına gəlib.
“Biz Dəməşqdəki səfirliyimizi yenidən açmaq qərarına gəldik və Türkiyənin koordinasiyası ilə Suriyanın yeni hökuməti ilə əlaqələri bərpa etməyə hazırıq”, - Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Əl-Cəzirə Mubasher” telekanalına müsahibəsində bildirib.
“Suriyanın yeni administrasiyası əvvəlki hökumətin süqutundan sonra beynəlxalq ictimaiyyətə mühüm müsbət siqnallar verib. Buna görə də Suriyanın beynəlxalq təşkilatlarda yenidən öz rolunu oynaması üçün əvvəlki hökumət dövründə tətbiq edilən sanksiyalar aradan qaldırılmalıdır” deyib.
Azərbaycan Xarici İşlər Nazirinin müavini: “Türkiyə ilə birlikdə Suriyanın yeni hökumətinə dəstəyimizi davam etdirəcəyik” deyə əlavə edib.
Azərbaycan 12 ildən sonra Dəməşqdə səfirliyini açır