“AbzasMedia” işi ilə bağlı həbsdə olan 7 jurnalistin – nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova, “Azadlıq” radiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə və “Turan” agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalının məhkəməsi keçirilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 213 (vergidən yayınma), 320.1 (saxta sənəd hazırlama və ya istifadə) maddələrilə ittihamlar irəli sürülüb.
Elnarə Qasımova deyib ki, onların hər birinə 7 maddə ilə ittiham verilib, lakin mahiyyəti izah olunmur:
“Özümü təqsirli bilmirəm. Siyasi sifarişlə həbs olunmuşam. Qaçaqmalçılıqla, çirkli pulları leqallaşdıranlarla məşğul olanları axtarırsınızsa, o zaman bu ölkədəki idarəçilikdə olanlara tutun üzünüzü…”
“AbzasMedia” işi ilə bağlı həbsdə olan 7 jurnalistin məhkəməsi keçirilib