2024-cü ilin yekunları: 331 siyasi məhbus

Bitirdiyimiz 2024-cü ilin yaddaqalan hadisələri təəssüf ki, xoş notlarla ilin bitməsini söyləmir. Yüksək qiymət və infilyasiya faizlərinin artması, boşanma rəqəmlərinin 50 faizi üstələməsi, həbs və işgəncə faktları, korrupsiya cinayətləri, məmur özbaşnalıqları və sairlər bu il haqqında da müsbət təəssüratlar yaratmadı.
Özünə qəsd edən qazilər, baxımsızlıqdan əziyyət çəkən müharibə veteranları da bu vəziyyətin ağrılı tərəfləri olaraq qaldı.
Ötən illərdən fərqli olaraq beynəlxalq aləm 2024-cü ildə Aərbaycan əleyhinə ən çox etirazları ilə ili yekunlaşdırdı.
Xüsusi olaraq sanksiyaların tələbi çoxsaylı, ciddi problemlərə növbəti dəfə diqqət yönəltdi. Buna səbəb 2024-cü ildə də durmadan davam edən reperessiv həbslər, insan hüquqlarının kobud pozulması, polis zorakılığı, korrupsiya, rüşvət faktları və sairlər göstərildi. Bu sırada il ərzində ölkə üçün əhəmiyyəli mövqeyə sahib, azad medianın aparıcı gücləri sayılan ToplumTV və MeydanTV-nin əməkdaşları, hüquq müdafiəçisi Rüfət Səfərovun həbsi bu sırada kuliminasiya nöqtəsi oldu.
İlin siyasi məhbus siyahıları da vəziyyətin kritik həddə yüksəldiyini söylədi. 2024-cü ilin iyunun 14-də hazırlanmış siyahıda 303-nəfər, sentyabrın 23-də yenilənmiş siyahıya 319 nəfər və son olaraq dekabrın 12-də yayılan siyasi məhbus siyahısı 331 siyasi məhbusu qeyd etdi. Yüksələn rəqəmlər həqiqətdə siyasi məhbusların daha çox olma ehtimalını yaratsa da, qeyd edilən rəqəmlər də yetərincə narahatlıq doğurur.
2024-cü ilin son, eyni halda müəmmalı təyyarə qəzası isə yaşanan hadisələrə kədər nöqtəsi qoymaqla ili yekunlaşdırdı.