2024-cü il dünyanın yadda qalan hadisələri sırasında şübhəsiz hələ də böyük itkilərlə müşayiət olunan müharibələri oldu. Dinc əhali, infrastruktur, sosial və iqtisadi ziyanlar, xəstəliklər və dağıntılar bu il üçün də prioritet mövzu olaraq qaldı.
Bu savaşlar içində analoqu olmayan və bütün dünyanın etirazla qarşıladığı İsrail-Fələstin müharibəsi hələ də amansızlıqla davam edir. İsrailin Yaxın Şərqi oda çəkdiyi təmizləmə siyasəti bütün fundamental hüquqların pozulması ilə müşahidə edilərək, tənqid və qınaq hədəfində oldu.
Yaşayış məntəqələri, məktəb, məscid və xəstəxanalar da daxil olmaqla, hətta qaçqın düşərgələri belə İsrailin vəhşi vandallığından kənar qalmadı. Bir neçə beynəlxalq təşkilatlar İsrail əleyhinə qətnamə qəbul etsə də, Amerikanın dəstəyi onun bəşəri cinayətinə son qoya bilmədi. Bu gün də davam edən savaşın itkiləri isə həqiqətdə qan dondurur.
Əqsa Tufanı müharibəsi 2023-cü il oktyabrın 7-də başlayıb və bu müharibədə qəzzalıların ortalama itkisi 17 min 492 uşaq və 11 min 979 qadın olmaqla, 46 min nəfərə yaxındır. 109 minə yaxın insan isə müxtəlif yaralar alaraq bu müharibədən əziyyət çəkir. Bundan əlavə, 10 min insan hələ də dağıntılar altında qaldığı ehtimal olunur.
Müharibə nəticəsində Qəzzada 1 milyon insan köçkün və evsiz qalıb, əhalinin 75%-i didərgin düşüb. Qəzza zolağının əhalisinin 71%-i ifrat aclıqdan əziyyət çəkir. 60 min hamilə qadın tibbi yardım göstərilmədiyi üçün ölüm riski ilə üzləşib. Qəzzanın infrastrukturuna 18,5 milyard dollar ziyan dəyib, 355 mindən çox yaşayış məntəqəsi dağıdılıb, Qəzza zolağında bütün binaların 45-56 faizi məhv olub. 229 məscid və 3 kilsə yerlə yeksandır, 1000 məscidə ciddi ziyan dəyib. Kənd təsərrüfatı torpaqlarının 63%, yol şəbəkəsinin 65%-i itirilib. Tibb və müalicə heyətinin 38 üzvü həbs edilib, 492 tibb və səhiyyə işçisi həlak olub, 130 xilasetmə və təcili yardım maşını məhv edilib. Ərazidə olan ümumi 35 xəstəxanadan 32-si, 72 müalicə mərkəzindən 55-i tam fəaliyyətini dayandırıb. Məktəblərin və təhsil binalarının 85%-i dağıdılıb. Qəzzada 6 universitetdən 5-i məhv edilib, 6050 tələbə öldürülüb, 10219 şagird xəsarət alıb, 239 müəllim və təhsil işçisi öldürülüb, 842 müəllim xəsarət alıb, 261 universitet professoru şəhid edilib. 143 jurnalist öldürülüb, 50-si saxlanılıb. Qəzzaya 14 min raket atılıb, 70 min ton partlayıcı istifadə edilib.
Qəzza xalqına dəstək üçün 118 ölkədə 7283 nümayiş keçirilib. Bunlardan 6000-i Avropada baş tutub.
2024-cü il boyu davam edən Qəzza müharibəsi