İsrail qırıcıları Əl-Mumədani xəstəxanasına hücum edib və onun təcili yardım binasına iki raket atıb, xəstəxananın qəbul, laboratoriya və aptek şöbələrinə ciddi ziyan vurub.
Əl-Mayadeen kanalı xəbər verir ki, xəstəxanaya yerləşdirilən çox sayda yaralı və xəstə raket hücumundan sonra tibb müəssisəsini tərk etmək üçün ikinci mesajı aldıqdan sonra xəstəxananı tərk edib.
Telekanalın müxbiri qeyd edib ki, bəzilərinin vəziyyəti ağır olan onlarla yaralı və xəstə xəstəxananın yaxınlığındakı küçələrdə uzanaraq tibbi yardım almağı gözləyir.
Əl-Mumədani xəstəxanasına hücum - Qəzzada hökumət orqanı: İsrail və ABŞ hökuməti məsuliyyət daşıyır
İsrail ordusu Qəzzadakı Əl-Mumədani xəstəxanasını iki raketlə hədəfə alıb və Qəzzadakı hökumətin informasiya ofisi hücuma görə işğalçı İsrail rejimi və ABŞ hökumətini təqsirli sayıb.