Ayətullah Cavadi Amuli: Uşaqlara belə mərhəmət etməyən sionist rejimin heç bir şeyə inamı yoxdur

Ayətullah Cavadi Amuli bu səhər fiqh dərsində Həzrət Həmzə Seyyid Şühədanın (ə.s) şəhadətinin ildönümü (15 Şəvval) münasibəti ilə İslam Peyğəmbərinin (s) bu böyük səhabəsinin yüksək məqamını izah edib.

O, “Şəhidlərin ağası Həmzə (ə) adi bir insan deyildi. Onun mübarək varlığı təkcə döyüşçü və igid yox, eyni halda vəhy ailəsindən olan müstəsna və müdrik şəxsiyyətdir.”

O, Əməvilərin Uhud döyüşündəki cinayətlərinə toxunaraq qeyd etdi: Qüreyş Bədrdə məğlub olduqdan sonra Uhudda intiqam almaq üçün böyük bir qəzəb və dəstə yığmışdılar. Hətta Məkkədə belə bir qanun qəbul etdilər ki, heç kimin Bədrdə ölüyə ağlamağa haqqı yoxdur ki, bu qəm-qüssə və nifrət Ühüddə toplanıb partlasın. Bunun nəticəsində onlar təkcə Hz. Həmzənin (ə) ciyərini çıxarmadılar, həm də Uhud şəhidlərinin bir çoxunun orqanlarını kəsdilər. Ona görə də Aşura ziyarətində bu Əməviləri və digər düşmənlər lənətlənirlər.”

Ayətullah Cavadi Amuli çıxışının başqa bir hissəsində dua və zikrin düşmənlərlə mübarizədə müstəsna rolunu vurğulayaraq deyib: Necə ki, İslam Peyğəmbəri (s) “Ya Əhəd” və “Ya Səməd” deyərək döyüş meydanlarına cihada çıxdı və bu gün dua və niyazlar da bir çox mübarizə üsulları ilə yanaşı sionist rejim kimi düşmənlərə qarşı ən güclü silahımızdır.

Bu rejimin heç bir şeyə inamı yoxdur. O, uşaqlara belə mərhəmət etmir. Bu səbəbdən namazı, duaları, ziyarətgahları tərk etməməliyik. Çünki bu dualar İsraili çökdürəcək.”