Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya-Ukrayna müharibəsində 100 min Ukrayna hərbçisi, 13 min mülki şəxs öldürülüb.
Onun sözlərinə görə, müharibə başlayandan bu yana Rusiya ordusu məktəblərə 1700 dəfə hücum edib. Nəticədə 600 uşaq qətlə yetirilib.
“Eyni zamanda 780 xəstəxana və klinika da hücuma məruz qalıb. Xalqımız bu müharibədən çox ciddi zərər çəkib. Biz xeyli miqdarda pul və ən əsası insanlarımızın həyatını itirdik”, Zelenski deyib.
Zelenski ABŞ-ın bu müharibəyə yanaşmasına da toxunub:
“Çox təəssüf ki, hazırda rəsmi Vaşinqtonun bəyanatlarında rusmeylli narrativlər üstünlük təşkil edir. Bizim məruz qaldığımız itkiləri görə-görə rusların aqressor olmadığına inanmaq mümkündürmü? Bütün bunlar Rusiyanın informasiya siyasətinin ABŞ-a güclü təsirinin göstəricisidir”.
Rusiya-Ukrayna müharibəsində 100 min Ukrayna hərbçisi, 13 min mülki şəxs öldürülüb