Qumda Milli Ziyarət Şurası yaradılacaq

İranın Qum şəhərində ziyarət xidmətlərinin yüksəldilməsi üçün yeni təkmilləşdirici addımlar atılıb. Belə ki, bu günə qədər də Qum şəhərində ziyarətə gələnlər üçün ümumi görüşlər, bir dəfə olmaqla ziyarət hesabına qonaq evində qidalanmaq, hədiyyələr, xütbələr təşkil edən ziyarət turu bu xidmətin daha yüksək tələblərə cavab verməsi üçün yeniləmələr aparır.

Hüccətul-islam vəl-müslimin Seyid Əhməd Müşərrəfin verdiyi xəbərə görə “Qum vilayəti və Hz. Məsumənin (ə) müqəddəs hərəmi Qumun milli perspektivini yüksəltməyə çalışır. Görülən bütün səylərlə Milli Səfər İşçi Qrupu iyun ayında Qumda ilk dəfə olaraq Milli Ziyarət Şurasının yeni adı ilə yaradılacaq və Qum şəhərinin səfərlər və ziyarətçilər sahəsindəki problemlərinə diqqət yetirəcək.”