Tramp administrasiyası Harvard Universitetinə maliyyə yardımını dondurdu

Ağ Ev bəyanat yayaraq, universitetin ABŞ prezidenti Donald Tramp administrasiyasının tələblərini yerinə yetirməməsi səbəbindən Harvard Universiteti ilə 2,2 milyard dollardan çox maliyyə yardımı, eləcə də 60 milyon dollarlıq müqavilələrin qarşısını aldığını açıqlayıb.

Tramp administrasiyasının rəsmiləri daha əvvəl Harvard Universitetinə məktub yazaraq, idarəetmə sistemində geniş islahatlara, tələbə qəbulu siyasətində dəyişikliklərə, tələbə təşkilatlarının formalaşmasına və onların kampusda fəaliyyət dairəsinə məhdudiyyətlər qoyulmasına çağırıblar.

Harvard Universiteti rəsmilərinə həmçinin xəbərdarlıq edilib ki, məktubda irəli sürülən tələblərə əməl etməsələr, universitet üçün ümumilikdə 9 milyard dollarlıq federal qrantlar və müqavilələr dayandırılma riski ilə üzləşəcək.

Bu arada Harvard Universitetinin prezidenti Alan Qarber keçən bazar ertəsi universitetin Tramp administrasiyasının tələblərinə tabe olmayacağını açıqlayıb.