İspaniya La Liqasında 31-ci tura yekun vurulub.
Turun son matçında “Atletiko” öz meydanında "Valyadolid”i qəbul edib.
Qapısında erkən qol görməsinə baxmayaraq, Madrid klubu yekunda əzmkar qələbə qazanıb.
“Atletiko” - “Valyadolid” - 4:2
Qollar: Mamadu Silla, 21 (0:1), Yulian Alvarez, 25-pen., (1:1), Culiano Simeone, 27 (2:1), Xavyer Sançes, 56 (2:2), Yulian Alvarez, 71-pen., (3:2), Aleksander Serlot, 79 (4:2)
Xallarının sayını 63-ə çatdıran “Atletiko” üçünücü pillədə qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 7, ikinci pillədəki “Real”dan isə 4 xal geri qalır. “Valyadolid” isə 16 xalla sonuncu – 20-ci yeri tutur.
"Atletiko" geri düşdüyü matçda qələbə qazandı