"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.
Məlumatı jurnalistin həyat yoldaşı Məlahət Zeynallı yayıb.
Onun sözlərinə görə, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranmışdı:
"Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsiya" götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”, o, qeyd edib.
M.Zeynallı bildirib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb.
Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib.
Sonradan ona qarşı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri ittahmı irəli sürülüb.
Eyni iş üzrə Elnur Şükürov da həbs olunub. 2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Zeynallını 9 il, Şükürovu 4 il müddətinə azadlıqdan məhrum edib.
Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub