Gürcüstan İslam Araşdırmalar Mərkəzinin rəhbəri Hacı Fariz Rəcəbov Baş nazirin Birinci Kanalın efirində "Məhəmməd" sözlərinə reaksiya verib.
Din xadimi Qurani-Kərimdən sitat gətirərək qeyd edib:
"Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Həzrət Məhəmməd (s) adından narahat olması biz müsəlmanlar üçün qəbul edilməzdir. Son zamanlarda ölkəmizdə baş verən siyasi vəziyyət və gərginliyi düzəltmək əvəzinə daha da gərginliyin artırmaq bir ölkənin baş nazirinin psixoloji durumun yaxşı olmadığından xəbər verir. Sizin bu fikiri səsləndirməyinizin özü Avropada demokratiyanın təsdiqi anlamına gəlir. Odurki heç vaxt yorğun halda fikir söyləməyin. Düşünərək fikir söyləyin!
Həzrət Məhəmməd (s) həqiqətən aləmlərə rəhmətdir. Bu rəhmətə qərq olmaq lazımdır. Baş nazir İrakli Kobaxidze gərək öz çıxışında dini dəyərlərə qarşı diqqətli olsun!".
Məlumat üçün bildiririk ki, Baş nazir İrakli Kobaxidze 15 oktyabr tarixində Birinci Kanalın efirində çıxışı zamanı Avropa ölkələrindəki miqrasiya və LGBT məsələlərindən danışıb. Hökumət başçısı, Berlində ən çox rast gəlinən adlardan birinin “Məhəmməd” olduğunu qeyd edərək, bunu Avropanın qarşılaşdığı problemlərdən biri kimi dəyərləndirib. O, həmçinin İngiltərədə uşaqlara ən çox qoyulan adın “Məhəmməd” olduğunu söyləyib. Baş nazirin bu sözləri Gürcüstan müsəlmanları arasında müzakirə predmetinə çevrilib.
Hacı Fariz Rəcəbov: Gərginliyi artırmaq baş nazirin psixoloji durumun yaxşı olmadığından xəbər verir