Ukrayna müharibəsində döyüş əməliyyatları yenidən intensivləşib. Rusiya qoşunları son günlər Xarkov, Zaporojye və Donetsk vilayətlərində müəyyən irəliləyiş əldə edib.
Bu barədə Ukraynanın hərbi analitik resursu "Deep State" məlumat yayıb.
Məlumatda bildirilir ki, rus ordusu Novoivanovka, Torskoe və Pokrovsk yaxınlığında taktiki uğurlar qazanıb. Resurs qeyd edir ki, bu istiqamətlərdə Rusiya qoşunları Ukrayna müdafiə xəttini qismən yarmağa və yeni mövqelər tutmağa çalışır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da bəzi bölgələrdə döyüşlərin davam etdiyini təsdiqləyib, lakin cəbhədə vəziyyətin tam nəzarət altında saxlanıldığını bildirib.
Xatırladaq ki, Rusiya son həftələr Donetsk vilayətinin şimal hissəsində hücum əməliyyatlarını artırıb və xüsusilə Pokrovsk istiqamətində təzyiqi gücləndirib.
Rusiya ordusu üç istiqamətdə irəlilədi