22 July 2024

MBH ailəsinin ağsaqqal üzvünə hökm oxunub

Saxta narkotik ittihamı sırasında Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, ağsaqqal Tofiq Rəhimova hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 15-də baş tutan sonuncu iclas onun barəsində CM-nin 234.1-1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham aktına baxıb.

Yunanıstan Naziri: Bir gecədə birdən F-35-lərlə Ankaraya gələ bilərik

Türkiyə və Yunanıstan arasında gərginlik, prezident Ərdoğan və KKTC-dəki digər siyasətçilərin son mesajlarından sonra şifahi olaraq artmağa davam edir.

“Ethnos” adlı medianın məlumatına görə, televiziyaya çıxan Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis “F-35-lərlə gecə birdən Ankaraya gələ bilərik” kimi qalmaqallı cümlələr işlədib və Türkiyənin aviasiyada sıfır olduğunu iddia edib.

Aİ Şurası Ermənistana 10 milyon avro yardım ayrılması ilə bağlı qərarı təsdiqləyib

Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının bu gün keçirilən iclasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro yardım ayrılması ilə bağlı qərar qəbul olunub.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə Aİ Şurası məlumat yayıb.

Aİ Şurası Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro yardım ayrılması barədə paketi təsdiqləyib.

İsrail ordusu yenidən Rəfaha hücum edib

İsrail ordusuna məxsus pilotsuz uçuş aparatının Qəzza zolağının ən cənubunda yerləşən Rəfah şəhərində fələstinlilərin yerləşdiyi nöqtəni hədəf alması nəticəsində çoxlu sayda fələstinlinin şəhid və yaralandığı bildirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasser Xəstəxanasından verilən açıqlamada, Rəfahda İHA hücumunda şəhid olan 3 fələstinlinin xəstəxanaya gətirildiyi bildirilib.

Mertin qolu çempionatın ən yaxşısı seçildi

AÇ-2024-ün futbolsevərlər tərəfindən seçilən ən yaxşı qolu açıqlanıb.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Fanatlar Türkiyə millisinin müdafiəçisi Mert Müldürün qrup mərhələsinin ilk turunda Gürcüstan millisinin qapısından keçirdiyi qolu turnirin ən yaxşı qolu seçiblər.

Qeyd edək ki, həmin qarşılaşma “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Ali Rəhbər: "Parlament təkcə sorğu-sual edən yox, həm də cavabdeh duracaq qurumdur"

İnqilabın Ali Rəhbəri iyulun 21-də İran İslam Respublikasının Şura Məclisinin üzvləri ilə görüşdə "Parlament təkcə sorğu-sual edən yox, həm də cavabdeh duracaq qurumdur", deyə buyurub.

İslam Şurasının 12-ci çağırışının prezidenti və eləcə də nümayəndələri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin qəbulunda olublar.

Araz çayı üzərində Ermənistan və Türkiyə bənd tikintisi ilə bağlı razılığa gəliblər

Araz çayı üzərində bənd tikintisi ilə bağlı layihə sənədləri Türkiyə ilə razılaşdırılma mərhələsindədir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərin sorğusuna cavab olaraq Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açır

Bu yaxınlarda ABŞ və Ermənistan birgə hərbi təlimə başlasa da, Rusiya ilə münasibətlərin ziddiyyətli olduğu bir vaxtda İrəvanın Qərbə üz tutmaq meyli artır.

İyulun 15-də başlayan “Qartal əməkdaşlığı 24” təlimi iyulun 24-dək Ermənistanda keçiriləcək və təlimdə ABŞ Ordusunun Avropa və Afrika və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edəcək.