Münhendə İsrail konsulluğu yaxınlığında atışma olub

Bu gün səhər saatlarında Münhendə İsrail konsulluğu yaxınlığında atışma olub.

Operativ APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Hadisə yerinə polis qüvvələri cəlb edilib.

İsrail XİN-in məlumata görə, konsulluq əməkdaşlarından xəsarət alan olmayıb və atəş açan şəxs Almaniya təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.