Baş nazir Binyamin Netanyahu hökumətinin Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılığa gəlmək istəməməsinə reaksiya olaraq İsraildə təşkil edilən etiraz aksiyaları minlərlə insanın iştirakı ilə üçüncü gündür ki, davam edib.
Təl-Əviv və Qərbi Qüds başda olmaqla ölkənin bir çox bölgəsində minlərlə insan küçələrə çıxaraq Qəzzada israilli məhbusların ölümündə Netanyahu və onun hökumətini günahlandırıb.
Bəzi nöqtələrdə od yandıran nümayişçilər polisin müdaxiləsi ilə qarşılanıb. Əllərində İsrail bayraqları tutan etirazçılar baş nazir Netanyahuya və onun hökumətindəki siyasətçilərə qarşı pankartlar və plakatlar qaldırıblar.
Etirazçılar nağara və fit çalaraq, israilli məhbusları tez bir zamanda evlərinə qayıtmağa çağırıb və əllərində "Hamı dərhal evə dönsün" və "Kömək edin" yazıları yazıblar. Nümayişçilər “Netanyahu, məhbusları azad et” və “Məsuliyyət səndədir, sən günahkarsan” kimi şüarlar səsləndiriblər.
Hər həftə olduğu kimi axşam saatlarında Təl-Əvivdə Müdafiə Nazirliyi kompleksinin qarşısına Begin küçəsində toplaşan minlərlə insan Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasına mane olan Netanyahu və hökumətini tənqid ediblər.
Burada tonqal yandıran və çıxış edən məhbusların yaxınları Netanyahunu məhbusları “siyasi dağıntılar altında” ölümə buraxmaqda ittiham ediblər.
Təl-Əviv küçələrində yanğın