AB-dən Türkiyənin mümkün BRİKS üzvlüyünə ilk reaksiya

Türkiyənin BRİKS-ə qoşulmaq üçün müraciət etməsi ilə bağlı iddialara ilk reaksiya Avropa İttifaqından gəldi.

Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano Türkiyənin BRİCS-ə üzvlük üçün müraciət etdiyi iddialarına baxmayaraq, Ankaranın Aİ-yə namizəd ölkə statusunun davam edəcəyini vurğulayıb.

Brüsseldə mətbuat konfransı keçirən Stanoya Türkiyənin BRİCS-ə üzvlük müraciəti ilə bağlı ABŞ mətbuatında yer alan iddialar soruşulub.

Hər bir ölkə kimi Türkiyənin də özü üçün nəyin daha yaxşı olduğuna qərar verə, ittifaqlar qura və əməkdaşlıq edə biləcəyinə cavab verən Stano, "Türkiyə-AB əlaqələrinə gəlincə, Türkiyə AB üzvlüyünə namizəd ölkədir. Gömrük İttifaqımız və çox yaxşı ticari əlaqələrimiz var" söyləyib.

Bununla belə, Stano, namizəd ölkələrin AB-nin dəyərlərinə və müqavilələr üzrə öhdəliklərinə hörmət etməli olduğunu qeyd edərək, "Biz namizəd ölkələrin AB dəyərlərini paylaşmalarını və xarici siyasətlərini bizimkinə uyğunlaşdırmalarını gözləyirik" deyib.

Stano əlavə edib ki, Aİ üzvlüyünə qəbul edilən ölkələr ticarət razılaşmaları çərçivəsində həyata keçirilən siyasətlər də daxil olmaqla, Aİ-nin siyasətlərinə tam uyğun olmalıdır.