Pilləli korrupsiya faktları bu gün bir çox cinayətlərin görünmədən ört-basdır edilməsi ilə nəticələnir. Aşağı səviyyəli məmurların öz vəzifə eybəcərliklərinə yumulacaq gözləri veriləcək rüşvət məbləğləri ilə örtməsi bu gün onların rahat qanuna zidd əməllərinə yol açır. Kiçik məmur, idarəçiliyində olan rəhbərliyinə, rəhbərliyin nəznində çalışdığı nazirə nazir isə...
Bu artıq pilləli korrupsiya faktları olaraq Cavanşir Feyziyyev kimi çoxsaylı məmurların simasında o qədər geniş yayılıb ki, hətta beynəlxalq fakt araşdırıcı jurnalistlərin də mövzusu olaraq dəfələrlə işıqlandırılıb.
Mayın 8-də 12 saylı cəzaçəkmə müəssisəsində su verilməsi ilə bağlı yaranan insidentdə dörd məhbusu amansızlıqda işgəncəyə məruz qoyan həbsxananın ciddi rejim rəisi Şamil Xamıyevin davranışları eyniliklə cəzasızlıq mühitinin ona verdiyi səlahiyyətlərə əsaslanır. Əslində yezid xisləti su kimi zəruri ehtiyacların məhdudlaşdırması bu şəxsin kimliyi haqqında yetərli çox söz söyləyir. Bununla yanaşı səlahiyyət sərhədlərini aşan Əziz Tağıyev, Cavid Səfərov və Şamil Xamıyevin əməllərinə yumulan gözü görünür yetərli “səbəblər” bağlaya bilir. Yoxsa fakt olaraq fiziki zor alaraq döyülənlərin parçalanmış simaları ortada ikən niyə Penitensiar Xidmətin rəsmiləri faktı inkar etsinlər ki?
Bu arada Şamil Xamıyev işgəncə görən və üzündə aşkar izləri qalan məhbuslardan biri ilə görüşü zamanı ondan istəyib ki, əgər təsadüfən yoxlanış gerçəkləşərsə o bu izləri yıxılaraq aldığını söyləsin.
Müəssisədə hələ ki, yaşanan insidentlə bağlı gərginlik hökm sürməkdədir. Bu isə bunu söyləməyə əsas verir ki, Xamıyev kimi müəssisə rəsmiləri hər an məhbuslarla bağlı başlatdığı addımların davamını həyata keçirə bilərlər.
Əlavə olaraq su probleminin müəssisə onlara aid olmadığını bildirərək üzərindən atmağa çalışsa da, həbsxanada günlərlə su çatışmamazlığı yaşanmaqda davam edir.
“Yoxlama gəlsə de ki, yıxılmısan, üzün şkafın küncünə dəyərək əzilib”