Ali Rəhbər: "Parlament təkcə sorğu-sual edən yox, həm də cavabdeh duracaq qurumdur"

İnqilabın Ali Rəhbəri iyulun 21-də İran İslam Respublikasının Şura Məclisinin üzvləri ilə görüşdə "Parlament təkcə sorğu-sual edən yox, həm də cavabdeh duracaq qurumdur", deyə buyurub.

İslam Şurasının 12-ci çağırışının prezidenti və eləcə də nümayəndələri İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin qəbulunda olublar.

Həzrət Ayətullahul-Uzma Xamenei bu görüşdə parlamentin təkcə sorğu-sual aparan qurum deyil, həm də cavabdeh duracaq bir qurumdur.

O Həzrət daha sonra əlavə edib ki, mənim dönə- dönə edəcəyim tövsiyə parlamentin yeni hökumətlə konstruktiv qarşılıqlı fəaliyyətin tənzimlənməsidir.
"Prezidentin və yeni hökumətin uğuru bizim hamımızın uğurudur.
Hər kəs prezidentə ölkə qarşısındakı vəzifələrini yerinə yetirməkdə kömək etməlidir. Əgər biz prezidentin uğur qazansına şərait yarada biləriksə, bu, hamımızın uğuru deməkdir" -Müəzzəm Rəhbər əlavə edib.

İnqilabın Ali Rəhbəri daha sonra buyurublar ki, vacib məsələlərdə ölkədə vahid səs eşidilməlidir. Fərqlilik və ixtilaf yaradacaq nöqtələri tapmaq üçün qulağı səsdə olanlar məyus olmalıdır. Vahid bir səs eşidilməlidir.

 

SəhərAzəri