Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə həbsxanada yaşanan qanunsuzluqlarla bağlı əlaqədar təşkilatlara müraciət edib. 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri Babək İsgəndərovun məhbuslarla bağlı qanunsuz əməllərinə etiraz edən ilahiyyatçı özbaşınalıqların çəkilməz olduğunu söyləyib:
“May ayında baş verən “su hadisəsi”ndən sonra bu məsələyə etiraz edənlərin admistrasiya və rəhbərlik tərəfindən, Babək İsgəndərov başda olmaqla həmin şəxslərin indiyə qədər cəzalandırılması davam etməkdədir. Hamıdan fərqli olaraq onların telefon danışıqları məhdudlaşdırılmış, ailələri ilə videogörüntülü əlaqələri sərt qadağalanmışdır.
Ümumiyyətlə, bura yeganə müəssisədir ki, burada videogörüntü ilə bağlı qanunda nəzərdə tutulan videozəng üçün otaqlar hələ də yaradılmayıb. Əvəzində rəhbərlik qanunsuz olaraq görüntülü danışığın dəqiqəsini bir manat olaraq müəyyənləşdirərək öz səlahiyyətlərindən sui-istifadə edib qanun pozmağa, məhbusları istismar etməyə davam edir.
Təqribən iki il öncə məhbusların görüntülü zəngi ilə bağlı qərar qəbul olunsa da, lakin “nədənsə” bu qərar 12 saylı müəssisədə hələ də normal işləmir. Onun əvəzinə isə Babək İsgəndərovun öz şəxsi maraqlarına xidmət edəcək qərarları qanunsuz şəkildə icra edilir. Bu dözülməz şəraitə etiraz olaraq Fuad Əsgərov 5 sentyabrdan aclıq aksiyasına başlamışdır. Nəzərə almaq lazımdır ki, bu məsələdə Fuad Əsgərovdan başqa digər məhbuslar da aclıq aksiyasına qoşulmaq və qanunsuzluqlara etiraz etmək üçün hazırdılar.
Biz buradan adiyyatı orqanlardan sadalanan problemlərin həllinə diqqətli olmağa və qeyd edilən məsələlərin hüquq müstəvisində həllini tələb edirik”
Tale Bağırzadə: “Babək İsgəndərovun qanunsuz əməllərinə nə zamana qədər göz yumulacaq?”