Ənsarullah Ədən körfəzində daha bir gəmini hədəfə alıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Ədən körfəzində İsrailə bağlı gəmini hədəf aldıqlarını açıqlayıb.

Yəhya Səri açıqlamasında Ədən körfəzində İsrailə bağlı MV Qroton adlı gəmini hədəf aldıqlarını bildirib.

Səri dəniz qüvvələrinin raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi əməliyyatda gəminin birbaşa hədəfə alındığını bildirib.