Saxta narkotik ittihamı sırasında Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, ağsaqqal Tofiq Rəhimova hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 15-də baş tutan sonuncu iclas onun barəsində CM-nin 234.1-1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham aktına baxıb.
Simasında əxlaq, ədəb və mənəvi özəlliklər cəmlənən T. Rəhimova hakim dövlət ittihamçısının onun barəsində istədiyi 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasını, eyni halda müdafiə tərəf olaraq vəkil Rəsul Cəfərov tərəfin təqdim etdiyi sübutları nəzərə alınması ilə son qərarı elan edib.
O, inanclı Tofiq Rəhimov barəsində saxta ittihamları əsaslı sayaraq onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Tofiq Rəhimov 2023-cü il 23 oktyabr tarixində saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasına Tofiq Rəhimovu da daxil edib. Hələ də davam edən həbslər, günahsız inanclıların “təmizlənməsini” həyata keçirir ki, bu sırada MBH üzvlərinin sayı artıq 74-ə yüksəlib. Onlardan 59 nəfərinə hökm oxunsa da, 15 nəfərinin istintaq və məhkəmələri hələ də davam edir.
MBH ailəsinin ağsaqqal üzvünə hökm oxunub