Müsəlman Birliyi Hərəkatının lideri ilahiyyatçı Tale Bağırzadə həbsxanadan bəyanatla çıxış edib. O, İsrailin Rəfah qaçqın düşərgəsinə hücumu nəticəsində onlarca qadın və uşağın yanaraq öldürülməsinə etirazını bildirib, eyni halda Azərbaycan hakimiyyətindən İsraillə olan əlaqələrinə son verməyi ondan tələb edib. Bəyanatda deyilir:
"İsrailin Rəfahda qaçqın şəhərciyində törətdiyi vəhşi akt rejimin iyrənc simasını hər kəs üçün bir daha aydınlatdı. Xocalı soyqırımı yaşayan, körpələri amansız divana məruz qalan bir xalq olaraq biz bu acını anlayır, insan olaraq bu cinayəti məhkum edirik.
Eyni halda hələdə İsraili yanacaqla təmin edən Azərbaycan hakimiyyətindən uşaq qatili olan rejimə neft tədarükünü dayandırmağı ondan tələb edirik. Azərbaycanın imicinə hər növ eybəcərliklərlə zərbə vurmanız yetmirmi ki, bir də bu sırada uşaq qatilliyini müttəfiqliyinizə əlavə edirsiniz?!
Əliyev rejimindən ölkəmizdə mənfur İsrail səfirliyini bağlamağı və onunla hər növ əlaqələri dayandırmağı ondan tələb edirik.
Bu cinayətləri görüb dərk etmək üçün böyük ağıl və iti zəkaya, hətta məntiqə belə ehtiyac yoxdur. Bunun üçün insan olmaq kifayətdir ki, Rəfahın faciəsi ilə İsrailin necə yırtıcı olduğunu anlayasan.
Bəşəriyyət Rəfahda insanlıq əleyhinə törədilən son vandallıq aktı ilə bir daha İsrailin necə bir rejim olduğuna şahidlik edir. Birmənalı olaraq İsrail durdurulmalı, hər bir cinayətinə görə cavab verməlidir, eyni halda dünya ölkələri tərəfindən ən sərt formada cəzalandırılmalıdır."
Tale Bağırzadə: “Əliyev rejimindən İsraillə hər növ əlaqələri kəsərək səfirliyini ölkəmizdən çıxarmasını tələb edirik”