Livandan İsrail Komandanlıq Mərkəzinə hücum

İsrail mediası bu gün xəbərdaredici sirenlərin səslənməsindən sonra Livanın cənubundan işğal olunmuş ərazilərin şimalına 30-dan çox raket atıldığını bildirib.

İsrailin Kanal 14 telekanalı Livanın cənubundan işğal olunmuş ərazilərin şimalına ən azı 30 raket atıldığını və bu raketlərin bir hissəsinin İsrailin müdafiə sistemi tərəfindən məhv edildiyini iddia edib.

Livan Müqavimətinin İsrailin işğalı altındakı Fələstinin şimalına raket əməliyyatı keçirməsindən sonra İsrail ordusu Livan ərazisindən atılan ən azı 30 raketin və İsrailin işğal etdiyi ərazilərin şimalında Cəbəl Miron bölgəsinə atılan raketlərin məhv edildiyini açıqlayıb.

Livan İslami Müqaviməti bəyanat yayaraq, bir neçə Katyuşa raketi ilə İsrail rejiminin işğalı altında olan Cəbəl Niriyadakı Qolani batalyonunun komanda mərkəzini hədəfə aldığını elan edib.

Hizbullah bu əməliyyatın İsrailin xüsusilə Livanın cənubundakı Feron kəndi və yaşayış məntəqələrinə hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.