İran Rusiyadan Azərbaycanla Naxçıvanı Ermənistan ərazisi ilə keçərək birləşdirəcək quru yol dəhlizinin açılması üçün göstərdiyi səyləri dayandırmasını tələb edib.
Təsnim agentliyinin dərc etdiyi məqalədə diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun bugünlərdə Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına dair Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı pozmaqda ittiham etməsinə yönəldilir.
“Məlumatlı mənbələr bildirirlər ki, İranın Moskvadakı səfiri bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin “Zəngəzur dəhlizi” məsələsindəki mövqeyinə etiraz bildirib. İranda ekspertlər tövsiyə edirlər ki, Rusiya İranın Azərbaycanla Naxçıvanı Ermənistandan keçərək birləşdirəcək hər hansı dəhlizə qarşı olduğunu yadda saxlamalıdır. Rusiyalılar bu məsələdə İranın legitim, aydın və dəyişməz baxışlarından təəccüblənməməlidirlər”.
Məqalədə deyilir ki, Cənubi Qafqazda heç bir ölkə “başqalarının hesabına” geosiyasi mənfəət əldə etməməlidir:
“Buna görə də Moskva Ermənistanla mübahisələrini həll etmək məqsədilə “Zəngəzur dəhlizi” məsələsindən istifadə etməməlidir”.
Azadlıq radiosu
Tehran ‘Zəngəzur dəhlizi’ məsələsinə görə Moskvaya kəskin xəbərdarlıq edir