İmam Hüseyn (ə) ziyarətgahı tərəfindən ehtiyaclılar üçün inşa edilən qəsəbə

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahı tərəfindən Kərbəlada ehtiyaclılar üçün inşa edilən qəsəbə hazır olmaqdadır.

Diyar-Təyyibə adlı yaşayış kompleksi təqribi 35000 kvadrat ərazidə inşa olunub.

Yaşayış kompleksi kiçik qəsəbəni xatırladır. Burada təhsil, tibb, ticarət, əyləncə və digər sahələr üçün də yer ayrılıb.