Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadə Razi Hümbətovun anasının dünyasını dəyişməsi ilə bağlı həbsxanadan ona başsağlığı ünvanlayıb. O, eyni halda hakimiyyətin son nəfəsində Razi Hümbətovun anası ilə vidalaşmaq üçün görüşünə qoyulan qadağanı da tənqid edib.
“Hamımız Allah tərəfindənik və Allah tərəfinə də qayıdacağıq. Həqiqətən də həbsdə olub ana acısını yaşamaq olduqca ağırdır. Bu müsibətdə dəyərli qardaşımız Razi Hümbətov başda olmaqla bütün ailəsinə baş sağlığı, Allahdan səbr, anaya isə rəhmət diləyirik. Allah anamızı bu əza günləri hörmətinə Əhli-beytə (ə) qonaq etsin.
Bir daha Allahdan dəyərli oğul yetişdirən təqvalı anamıza rəhmət diləyirik. Allah rəhmət eləsin.
Şübhəsiz, insanları şərləyərək həbsxanaya məhkum edən bir rejimin, ailə hakimiyyətinin ana və övladının vidaşalaması üçün görüşlərinə şərait yaratması təəccüblü olardı. Yalnız əzab vermək, əziyyət yaşadıb nifrət qazanmaq kimi sistemləşdirilən rejimin Razi Hümbətovu da səbəbsiz dəfinə buraxmaması mərhəmət və rəhm anlamayan bir sistemin idarəçiliyini bir daha ortaya qoydu. Tənqid və nifrətə layiq bu addımı yalnız bu rejim edə bilərdi."
Tale Bağırzadə həbsxanadan Razi Hümbətova anasının ölümü ilə bağlı başsağlığı ünvanladı