Dünyanın siyasi gərişmələrinin pik həddinə yüksəldiyi, xüsusi olaraq Yaxın Şərqin münaqişə ocağında müharibə ehtimallarının artdığı bir zamanda növbəti Ərbəin səfəri gerçəkləşdi. Milyonlarla Hüseyn (ə) aşiqi öz eşq və əhdlərini təzələmək üçün qanlı diyarın zəvvarı oldular.
İlin ən isti fəsli və yandırıcı səhra, hər an İŞİD təhlükəsinə təkan verilən bir münaqişə ocağı və İsrailin məkrli planları mərkəzində bu ilin Ərbəin aşiqləri Kərbəlaya tələsdi. Tarixin dərki xaricində olan bu gözəllik təkcə Hüseynin (ə) eşqinə sədaqət və Zeynəbə (s.ə.) həmdərlilik nümayişi deyil, eyni halda dünyaya İslamın vəhdət və birlik çağırışı idi.
Azərbaycandan bir qrup Əhli-beyt (ə) sevdalısının eşq səfərinə qoşulması bu sevgi və dəstəyin başqa nümunəsi oldu. Quru sərhədlərin bağlı olması səbəbindən maddi və mənəvi çətinliklər aşiqlərin bu səfərinə maneə yarada bilmədi. Ərbəinin bir hissəsi olmaq, Azərbaycanın Əhli-beyt sevgisini bu vadiyə daşımaq sözün həqiqi mənasında qürurverici idi.
Budur, Ərbəin səfəri sonlandı və Hüseyn (ə) zəvvarları geri, ölkələrinə dönüş edirlər. Biz də öz növbəmizdə ziyarətdən dönən həmvətənlərimizi salamlayır, ecazkar səfərlərinin İlahi mükafatla dəyərləndirilməsini Allahdan diləyirik. Heç şübhəsiz bu səfərin nurani ruhu Azərbaycan xalqının hər bir fərdində müsbət təsirlərə səbəb olacaq.
Ziyarətiniz mübarək!
- Müsəlman Birliyi Hərəkatı
Azərbaycanın Ərbəin zəvvarlarının eşq mənzərəsi