İsrail həbsxana nəzarətçiləri məhbusları qapalı təhlükəsizlik kameraları olmayan yerlərə apararaq işgəncə verir və bədənlərinin həssas hissələrinə cərayan veriblər.
İsrail işğalçı qüvvələrinin Maqdo həbsxanasında fələstinli məhbuslara qarşı vəhşicəsinə işgəncə və pis rəftarını əks etdirən videolar yayımlanıb.
Bu video faylları dərc edən İbrani qəzeti “Haaretz” xəbər verir ki, İsrail Həbsxanalar Təşkilatı fələstinli məhbuslara qarşı hərəkətləri adi hal kimi qiymətləndirir.
Maqdo həbsxanasındakı bəzi fələstinli məhbuslara istinad edən Haaretz, İsrailli mühafizəçilərin məhbusları qapalı təhlükəsizlik kameralarının olmadığı yerlərə köçürdüklərini, onlara işgəncə verdiyini və bədənlərinin həssas hissələrini zədələdiklərini vurğulayıb.
İslami Müqavimət Hərəkatı HƏMAS vurğulayıb ki, İsrail rejim və həbsxanalar təşkilatının Maqdo zindanındakı fələstinli məhbuslarına işgəncə və onlara hörmətsizlik etmək hərəkəti İsrail işğalının fələstinlilərə qarşı kin və nifrətinin kulminasiya nöqtəsidir.
Bu hərəkat fələstinli məhbuslara qarşı cinayətlərin rejimin fələstinlilərə qarşı vəhşi hərəkətləri, o cümlədən işgəncə, aclıq, tibbi yardıma etinasızlıq və lazımi müalicənin göstərilməməsi siyasəti çərçivəsində törədildiyini bəyan edib.
HƏMAS bütün beynəlxalq qurumlardan İsrail rejimin fələstinli məhbuslara qarşı cinayətlərini sənədləşdirmələrini və işğalçı rejimə bu cinayəti dayandırmaq üçün təzyiq göstərmələrini istəyib.
Maqdo həbsxanasında fələstinli məhbuslara işgəncə verilməsini əks etdirən video yayımlandı