Rusiya Silahlı Qüvvələri Suriyada silahlıların iki bazasını məhv etib

Rusiya ordusu Suriyada silahlıların iki bazasını məhv edib. 

Brifinq zamanı birinci rütbəli kapitan Oleq İqnasyuk bildirib ki, rus qoşunları Cebel Əl-Xal silsiləsi yaxınlığında yaraqlıların bazalarını məhv edib.

Qeyd edək ki, məhv edilən məntəqələr Rusiya Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində Et-Tanf bölgəsini tərk edərək Homs əyalətinin Cebel Əl-Xal dağ silsiləsinə sığınan yaraqlıların baza məntəqələri olub.

 

Unikal.az