Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının bu gün keçirilən iclasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro yardım ayrılması ilə bağlı qərar qəbul olunub.
Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə Aİ Şurası məlumat yayıb.
Aİ Şurası Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro yardım ayrılması barədə paketi təsdiqləyib.
Ermənistana dəstək üçün göstərilən yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq və böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Qeyd olunub ki, qərar Aİ-Ermənistan tərəfdaşlığı çərçivəsində qəbul edilib, Ermənistanda və Cənubi Qafqazda sülh, sabitlik və rifahın təşviqinə yönəlmiş ümumi dəyərlərə əsaslanır.
Aİ Şurası Ermənistana 10 milyon avro yardım ayrılması ilə bağlı qərarı təsdiqləyib