Ronaldadodan yeni rekord: 900-cü qol da vuruldu

Kriştianu Ronaldonun karyerası ərzində vurduğu qolların sayı 900-ə çatıb.

Portuqaliya futbol millisinin hücumçusu tarixdə bu göstəriciyə çatan ilk futbolçudur.

O, “Real Madrid” futbol klubunda oynayarkən 450 qola imza atıb.

Çempionlar Liqasının 5 qat qalibi olan Ronaldo Portuqaliya millisinin tərkibində isə 131 dəfə qol vurub.

39 yaşlı idmançı “Manchester United” komandasında 145, “Juventus”da 101, “Ən-Nəsr”də 68, Portuqaliyanın “Sporting” komandasında 5 qolla yadda qalıb.