Türkiyədə başında torba salınan şəxs ABŞ əsgəridirmi?

Türkiyə Gənclər Birliyi (TGB) İzmir Limanında lövbər salan və ABŞ-ın ən böyük hücum gəmisi kimi xidmət edən USS Wasp gəmisində vəzifə yerinə yetirən Amerika əsgərini işdən çıxarıb. Hadisə ilə bağlı açıqlama verən İzmir Valiliyi həmin şəxsin ABŞ əsgəri olduğunu təsdiqləyib.

İzmir Limanında lövbər salan və ABŞ-ın ən böyük hücum gəmisi kimi xidmət edən “USS Wasp” gəmisində növbətçi əsgərin başına çuval keçiriblər. Məsələ ilə bağlı İzmir Valiliyi açıqlama yayıb.

Türkiyə Gənclik Birliyinin (TGB) keçirdiyi aksiya zamanı başına torba keçirən şəxsin ABŞ əsgəri olduğu İzmir Valiliyi tərəfindən açıqlanıb.

“Şəhərimizin Konak səmtindəki Kıbrıs Şehitleri küçəsində 02.09.2024-cü il bazar ertəsi saat 16:00 radələrində Türkiyə Gənclik Birliyinin (TGB) üzvü olan 2-si qadın və 13-ü kişi 15 nəfərdən ibarət qrup 2 ABŞ hərbçisinə fiziki hücum edib. Bundan əlavə, 5 mülki geyimli ABŞ əsgərinin uzaqdan göründüyü hadisəyə polis qüvvələrimiz sürətlə müdaxilə edib. Hadisəni törədən 15 şübhəli növbətçi prokurorun göstərişi ilə tutularaq nəzarətə götürülüb. Faktla bağlı məhkəmə araşdırmasına başlanılıb.''