Ayətullah Sistaninin dəftərxanası Ayətullah Seyid Fəzil Milanın vəfatı münasibətilə başsağlığı mesajı yayıb

Ayətullah Seyid Fazıl Milaninin vəfatı ilə əlaqəli Ayətullah Sistaninin ofisi başsağlığı mesajı dərc edib. Milani ailəsinin böyük oğluna ünvanlanan başsağlığı mesajında deyilir:

 

“Biz Allahdan gəlmişik və Ona da qayıdacağıq.

Hüccətül-İslam Seyyid Heydər Milani!

Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh

Atanız Əllamə Seyyid Fazıl Hüseyni Milaninin (Allah ondan razı olsun) bir ömür boyu hənif dinini təbliğ edən, möminlərə xidmət etdikdən sonra vəfatı xəbəri bizi çox sarsıtdı və kədərləndirdi.

Bu acı ilə əlaqədar sizə, dəyərli ailənizə və yaxınlarınıza başsağlığı verir, Allahdan ona rəhmət və bərəkət, sizə səbr və rifah diləyirik.

Qüdrət və qüvvət ancaq Uca və Böyük Allaha məxsusdur.”