Elşən Abbasov həbs dövrünü başa vuraraq azadlığa çıxıb

Müsəlman Birliyi Hərəkatının üzvü, inanclı Elşən Abbasov azadlığa çıxıb. Bu gün o, Şəkidə yerləşən cəzaçəkmə müəssisədən cəza müddətini bitirərək azadlığa qovuşub. 2022-ci il martın 22-də saxlananılan inanclı narkotiklərlə bağlı ittiham olunaraq 2il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Elşən Abbasov bundan öncə 2 dəfə həbs həyatı yaşayıb. İlk həbsini o, 2012-ci ilin oktyabrında ölkədə hicaba qoyulan qadağa zamanı yaşayıb. Belə ki, Təhsil Nazirliyi önündə baş tutan “Hicaba Azadlıq” aksiyası zamanı saxlanılaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ilin oktyabr ayında ikinci dəfə saxlanılan inanclı fəal bu dəfə qanunsuz silah saxlamaq ittihamı ilə şərlənmiş və 2 il 6 ay və sonuncu, üçüncü dəfə Elşən Abbasov ölkədə inanclıların kütləvi həbsi yaşanan dönəmdə 2022-ci ilin martında narkotik ittihamı ilə həbsə alınmışdı.

Elşən Abbasov yaşadığı bölgədə Quran müəllimi olaraq tanınır. Bununla yanaşı o, bir çox xeyriyyə tədbirlərində, aztəminatlı ailələrə yardım göstərməsi ilə də fərqlənən şəxslərdəndir.