İsrail ordusu yenidən Rəfaha hücum edib

İsrail ordusuna məxsus pilotsuz uçuş aparatının Qəzza zolağının ən cənubunda yerləşən Rəfah şəhərində fələstinlilərin yerləşdiyi nöqtəni hədəf alması nəticəsində çoxlu sayda fələstinlinin şəhid və yaralandığı bildirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasser Xəstəxanasından verilən açıqlamada, Rəfahda İHA hücumunda şəhid olan 3 fələstinlinin xəstəxanaya gətirildiyi bildirilib.

Digər tərəfdən, Qəzza zolağındakı Mülki Müdafiə Birliyi işğalçı İsrail ordusunun artilleriya bölmələrinin Qəzza zolağının mərkəzi hissələrində bir yaşayış binasını hədəf alması nəticəsində çoxlu sayda fələstinlinin şəhid olduğunu və yaralandığını açıqlayıb.

Qəzzadakı Mülki Müdafiə Bölməsi Telegram hesabında hücumla bağlı açıqlama yayıb.

Bəyanatda sionist İsrail ordusunun artilleriya bölmələrinin Qəzzanın mərkəzi hissəsindəki Büreyc Qaçqınlar Düşərgəsinə hücumu nəticəsində çoxlu sayda fələstinlinin şəhid olduğu və yaralandığı bildirilib.