İsrail əsgərləri İordan çayının qərb sahilində türk fəalı güllələyib

İordan çayının qərb sahilində Nablus yaxınlığındakı Beyta qəsəbəsində keçirilən etiraz aksiyası zamanı işğalçı əsgərlər türk əsilli fəalı güllələyiblər.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ vətəndaşlığı da olan Ayşenur Ezgi Eygi adlı türk fəal, İordan çayının qərb sahilində qatil İsrail əsgərlərinin hücumu nəticəsində həyatını itirib.

Şahidlərdən alınan məlumata görə, sionist İsrail qüvvələri İordan çayının qərb sahilinin Nablus şəhərinin Beyta qəsəbəsində keçirilən işğal əleyhinə nümayişə real güllələrlə hücum edib.

AA müxbirinə danışan Nablusdakı Rəfidiyə Dövlət Xəstəxanasının direktoru Fuad Nafia başından güllə yarası alaraq xəstəxanaya gətirilən Eygi bütün müdaxilələrə baxmayaraq xilas edə bilmədiklərini bildirib.

Əldə edilən məlumata görə, Eygi 1998-ci ildə Antalyada anadan olub.