Bu gün səfər ayının 28-i İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi İmam Həsənin (ə) şəhadət günüdür.
İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), cümə günü dünyaya gəlmişdir. Həzrət İsa (ə) əsrlər öncə “İncildə” o həzrətin adını müjdə vermişdir: “Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. (“Səff” surəsi, ayə 6; “Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişib.
İmam Həsən də (ə) bu gündə zəhərlənərək şəhid edilib.
Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi, şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlib.
İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.
Az.shafaqna.com
Bu gün Həzrət Rəsulallahın (s) və İmam Həsənin (ə) şəhadətinin ildönümüdür