Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün "Əhmədov və digərləri Azərbaycana qarşı" işi üzrə qərarını elan edib. Şikayət Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Niyaməddin Əhmədov, Faiq Əmirov, Elnur Yusubov və Elnur Həsənovun inzibati həbsi zamanı yol verilən qanunsuzluqlara və onların toplaşmaq azadlığının məhdudlaşdırılmasına aid idi.
Hökumət Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsinin pozulduğunu etiraf edib.
Strasburq Məhkəməsinin qərarına əsasən, hakimiyyət Əhmədov və Əmirovun hər birinə 1125 avro, Yusubov və Həsənovun hər birinə 2025 avro ödəməlidir.
Qeyd edək ki, Əhmədov və Həsənov hazırda başqa işlər üzrə həbsdədir.
"İbrahimov və digərləri Azərbaycana qarşı" işində tərəflər dostca anlaşıblar.
Anlaşmaya əsasən, hökumət ərizəçilər Cavid İbrahimov, Süleyman Məhərrəmov, Nicat Abdullayev, Bəxtiyar Yusubov və Baba Süleymanovun hər birinə 2850 avro ödəməlidir.
Onlar da əsasız inzibati həbsdən və toplaşmaq azadlıqlarının məhdudlaşdırılmasından şikayət etmişdilər.
Azərbaycan hökuməti AXCP fəallarının hüquqlarının pozulduğunu etiraf edib