KİV: İki həftə ərzində Qəzzada atəşkəslə bağlı razılaşma olmasa, ABŞ danışıqlardan geri çəkiləcək

ABŞ atəşkəs danışıqlarını daha 2 həftə davam etdirəcək, heç bir qərar olmasa, geri çəkiləcək

Bu barədə HAMAS rəsmisi Türkiyə Xarici İşlər Nazirliyini məlumatlandırıb

HAMAS rəsmisi İsrailin yeni şərtlər irəli sürərək danışıqlarda hədəflərini yüksəltməyə davam etdiyini və ABŞ-nin İsrailə heç bir təzyiq göstərmədiyini bildirib:

“İsrail mövqeyini dəyişmək üçün ABŞ-dən heç bir təzyiq olmadan, yeni şərtlər əlavə etməklə danışıqlarda iştirak payını artırmağa davam edir. ABŞ danışıqları daha iki həftə davam etdirəcəyini və heç bir qərar əldə olunmasa, geri çəkiləcəyini bildirib”.

 

APA