Papa Cənub-Şərqi Asiya turnesinə İndoneziyadan başlayıb.
On minlərlə indoneziyalının alqışları altında Cakarta hava limanına gələn 87 yaşlı Papa Fransisk yaxın 10 gün ərzində Şərqi Timor, Sinqapur və Papua Yeni Qvineyaya səfər edəcək. Vatikan bunun Papa Fransiskin ən uzun səfəri olduğunu və İndoneziyanın ən böyük İslam ölkəsi olaraq seçilməsinin səbəbinin Papanın İbrahimi dinlər arasında dialoq və anlaşmanı genişləndirmək istəməsi olduğunu bildirib.
Vatikandan verilən açıqlamaya görə, Papa İndoneziyaya rəsmi səfərinin ilk günündə bu ölkənin mühacir və qaçqınları, o cümlədən Rohinca müsəlmanları ilə görüşüb.
Dünyadakı 1,4 milyard katoliklərin lideri və eyni zamanda Vatikan hökumətinin başçısı olan Fransisk İndoneziyaya gedərkən İrandan Hindistana, Pakistandan Türkiyəyə qədər keçdiyi hər ölkəni salamlayıb. O, bu ölkələrə sülh duaları, firavanlıq ümidi və Allahın xeyir-dualarından ibarət mesajlar göndərib.
Katolik xristianların lideri ən böyük İslam ölkəsinə səfər edib