Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, inanclı Əsgərov Rüstəm Əsgər oğlunun məhkəməsi davam edib. Məhkəmə iclası açıq formada keçirilsə də, Rüstəm Əsgərov özü məhkəmədə vertual iştirak edib. Hakim çıxış üçün sözü Rüstəm Əsgərova verib. O, saxlanılan zaman aldığı işgəncələrdən, ona fiziki zor tətbiq olunmasından danışıb.
“Məni saxlayan zaman dəhşətli formada döydülər. Bədənimin müxtəlif yerlərinə tok (cərəyan) verərək məcburi özlərinin yazıb hazırladıqları ittiham aktına qol çəkməmi istədilər.” Narkotik ittihamı ilə yanaşı radikal şiələr-Müsəlman Birliyi Hərəkatının üzvü olduğu üçün də işgəncələr yaşayan inanclı hərəkatın heç bir radikallığa malik olmamasını söyləyib və əlavə edib ki, o inanclıdır heç bir narkotik maddəni tanımırda. “Mənim bu sözümdən sonra onlar məni daha dəhşətli formada döyməyə başladılar. Gün yarım olmazın işgəncəsini yaşadım. Sonunda yazdıqlarını imzalamayacağımı görüncə polislərdən biri taxta parçası gətirib bildirdi ki, əgər imza atmasam məni bu taxta ilə zorlayacaq.”
Ardınca mütdəhimin vəkili Fuad Şirinov çıxış edib. O da ekspertizanın qərarını bildirərək Rüstəm Əsgərovun qanında hər hansı bir narkotik vasitələrin aşkarlanmadığını bildirib.
Ölkədə inanclıların geniş sürətdə həbslərinə toxunan müdafiə tərəfi bir gün bütün bu həqiqətlərin üzə çıxacağını söyləyib.
Məhkəmə şahidlərin dindirilməsi üçün iclası sentyabrın 20-nə qədər ertələyib.
Xatırladaq ki, Rüstəm Əsgərov ölkədə anti-islam çərçivəsində davam edilən həbslər çərçivəsində 2024-cü il 12 aprel tarixində yaşadığı Ceyranbatan ərazisində saxlanılıb. Narkotiklərlə bağlı ittiham olunan gənc MBH ailəsinin sayı 78-ə çatan həbs olunan üzvlərindən biridir.
Yaşadığı işgəncə faktlarından danışan MBH üzvünün məhkəməsi davam edib