Çinin Tehrandakı səfiri Konq Peyvu bəyan edib ki, ölkəsi paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.
Çinin Tehrandakı səfiri Konq Peyvu bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Səfir Peivu İran və Çin arasında 25 illik müqavilənin iki ölkə münasibətlərində müsbət rol oynadığına diqqət çəkərək, Si Cinpinqin prezident Pezeşkiana təbrik mesajında iki ölkə arasındakı əlaqələrin birgə səylərlə inkişaf etdirilməsində qərarlı olduqlarını ifadə edib.
Razılaşma çərçivəsində ortaq layihələrin yaxşı şəkildə həyata keçirilməsinin lazım olduğunu bildirən Peivu, "Bu hərtərəfli razılaşmanın müsbət nəticələri yaxın gələcəkdə görünəcək" deyib.
Çinin Tehrandakı səfiri ölkəsinin “Bir kəmər və yol” təşəbbüsünə toxunaraq deyib: “İran və Çin “Bir kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlığı davam etdirməlidir. Bu kontekstdə Çindən Avropaya gedən yük qatarı Tehrana çatıb.
ABŞ-da seçki kampaniyası zamanı İran-Çin münasibətlərinin gündəmə gətirilməsi məsələsinə münasibət bildirən Çin rəsmisi, seçkiləri ABŞ-ın daxili məsələsi adlandırıb. O, seçki prosesi zamanı bəzi amerikalıların Çin-İran münasibətlərini gündəmə gətirməsinin əleyhinə olduqlarını bildirib.
Çinin Fələstinə münasibətini açıqlayan Peyvu deyib:
“Çin tərəfi müxtəlif platformalarda Fələstin məsələsi ilə bağlı mövqeyini açıq şəkildə izah edib. Bu problem bu günə qədər davam edir və problemin həlli müstəqil Fələstin dövlətinin yaradılmasıdır.
Müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı Çinin mövqeyi aydındır və Birləşmiş Millətlər Təşkilatı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, paytaxtı Qüds olan Fələstin dövləti yaradılmalıdır. BMT TŞ-nin qərarlarının mümkün qədər tez və hərtərəfli həyata keçirilməsi indi böyük əhəmiyyət kəsb edir.”
Çin tərəfinin bu məsələdə konstruktiv rol oynadığını bildirən çinli diplomat, “Biz sülhün bərqərar olması və qərarların həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyətlə işləmək niyyətindəyik. Çin və İran daha çox əməkdaşlıq etməli və koordinasiyalı şəkildə hərəkət etməlidir.”
Çinin Tehrandakı səfiri NATO-nun genişlənmə siyasətini davam etdirməsini tənqid edərək, “Çin NATO qüvvələrinin Asiya-Sakit okean regionunda olmasına qarşıdır” deyib.
Çinli diplomat: Paytaxtı Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır