Bəhreyndə ictimai qəzəb gərginlik yaratdı

Bəhreyndə bir gəncin həbsxanada işgəncəyə məruz qalması ölkədə geniş etirazlara səbəb olub.

Bəhreyndən olan gənc Seyid Məhəmməd əl-Musəvi həbsxanada aldığı ağır işgəncələr nəticəsində dünyasını dəyişib.

Əl-Musəvinin ölümü Bəhreyn xalqı arasında qəzəb dalğasına səbəb olub və etirazların ölkənin müxtəlif bölgələrinə yayıldığı barədə xəbərlər tirajlanıb.

Görüntülərdə çoxsaylı vətəndaşların hadisəyə etiraz olaraq küçələrə çıxdığı və reaksiyaların getdikcə daha da gücləndiyi görünür.

Hesabatda həmçinin bildirilir ki, Bəhreyn hökuməti İsrail ilə münasibətlərinə və ABŞ ilə əməkdaşlığına, xüsusən də İranın ABŞ bazalarına hücumlarının çəkilişinin qarşısını almağa çalışanlara ağır sanksiyalar tətbiq etməsinə görə tənqid olunur.