24 July 2024

Azərbaycanın karate komandası Türkiyədə bürünc medal qazanıb

Azərbaycanın karate komandası Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bursa şəhərində 15-16 yaş kateqoriyasında təşkil olunan yarışda Ayxan Şabanzadə, Hüseyn Sadiqov və Cavid Quliyevdən ibarət kollektiv bürünc medal qazanıb.

 

Report

Azərbaycan Avropa İttifaqı ilə uzunmüddətli qaz sazişi imzalaya bilmədiyi üçün ittifaqı tənqid edib

Metyu Brayza: “Avropa İttifaqı maliyyələşdirməsə, Azərbaycan nəzərdə tutulan tələblərin yerinə yetirilməsi üçün kifayət qədər qaz hasil edə bilməyəcək”

“Biz 3-6 aylıq qaz göndərməklə yanğınsöndürən rolunda ola bilmərik. Müqavilələr ona görə lazımdır ki, Xəzərin dərinliklərində qazma işlərinin maliyyələşdirilməsi üçün banklara müraciət edək”.

Elektron Təhlükəsizlik Xidməti: “Abzas Media-ya aid səhifələrə giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb”

Heç bir xəbərdarlıq edilmədən bütün internet resursları ölkə daxilində bloklanan nəşrin ümumilikdə 6 əməkdaşı həbsdədir

“Abzas Media” müstəqil onlayn nəşrinin saytına və bütün sosial media səhifələrinə giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətin rəisi Samir Rəsulov “Abzas Media işi” üzrə cəlb olunmuş müdafiəçilərin sorğusuna cavab olaraq bildirib.

Almaniya polisi Hamburq İslam Mərkəzinə yenidən hücum edib

Almaniya Daxili İşlər Nazirliyi Hamburq İslam Mərkəzinə qarşı əsassız iddia və ittihamların davamı olaraq bu islami qurumun fəaliyyətini qadağan edib.

 

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Alman polisi bu gün (çərşənbə axşamı) səhər saatlarında bu binaya basqın edərək onun əmlakını müsadirə edib. Məlumatlı mənbənin sözlərinə görə, bu xəbər yayılan vaxt polis əməkdaşları İslam Mərkəzinin rəhbərinin evində olub.

İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz xəsarət alıb, iki ölkə nümayəndələri hadisə yerində görüşüb

Sərhəd pozucuları tərəfindən sərhədçilərin həyatına qəsd olunub.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı təqiblərə son qoymağa çağırır

Bir sıra beynəlxalq təşkilatlar iyul 23-də Qubad İbadoğlunun həbsindən bir il ötməsi ilə əlaqədar birgə bəyanat yayaraq Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı siyasi təqiblərə son qoymağa, siyasi məhbusları azad etməyə çağırıblar.

Azərbaycanda nikaha qoyulan məhdudiyyətlər təsdiqlənib

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Beləliklə, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.

qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

Yəmən və Səudiyyə Ərəbistanı qalan bəzi məsələləri həll etmək barədə razılığa gəliblər

Yəmən Qurtuluş Hökumətinə bağlı media orqanları Səudiyyə Ərəbistanı ilə Yəmən arasında bəzi qalan humanitar və iqtisadi problemlərin həlli və Ər-Riyadın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün razılaşma əldə edildiyini bildirib.

Netanyahu ABŞ Konqresinin binasında yəhudilər tərəfindən etirazla qarşılanıb

ABŞ Konqresinə toplaşan yəhudi fəallar Konqresdə çıxış etmək üçün Vaşinqtona gələn İsrailin baş naziri Benyamin Netanyahuya etiraz edərək Qəzzada dərhal atəşkəs elan edilməsini istəyiblər.

Yəhudi fəallar Netanyahuya və İsrail hökumətinin Qəzzaya hücumlarına etiraz etmək üçün ABŞ Konqresinin binasına toplaşıblar.

HƏMAS Paris Olimpiadası ilə bağlı ölümlə hədələnən videonu təkzib etdi

HƏMAS bəyan edib ki, İsrailin Paris 2024 Olimpiya Oyunlarında iştirakı çərçivəsində Fransanın paytaxtı Parisdə bir nəfərin ölümcül hücumla hədələnməsi ilə bağlı sosial mediada yayılan görüntülər sionist İsrailin uydurmasıdır.

HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk verdiyi yazılı açıqlamada, "İsrailə bağlı hesablar, Olimpiya Oyunlarına qatılacaq işğalçılara ölüm təhdidlərinin yer aldığı və Fələstin müqavimətinə aid edilən saxta video yayımladı" deyib.

Belçikalı gənclərdən Ayətullah Xameneiyə məktub: Mesajınız bizdə dərin təəssürat yaratdı!

Bir qrup belçikalı gənc İran İslam İnqilabının Rəhbərinə yazdığı məktubda bildirib: “Ədalətə və həqiqətin axtarışına çağırış mesajınız, həmçinin Fələstinin və dünyanın məzlumlarının ideyasına sarsılmaz sadiqliyiniz bizi dərindən təsirləndirdi.”