Livanda saxlanılan Hannibal Qəddafi bu ölkənin ədliyyə müfəttişindən Livanın keçmiş naziri "Vəhhab"ın 1978-ci ildə İmam Musa əs-Sədrin yoxa çıxması ilə bağlı açıqlamalarının araşdırılmasını istəyib.
Keçmiş Liviya diktatoru Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi çərşənbə axşamı yazıb: “Mən Livan məhkəmə sistemindən “Şəhid Musa Sədr” işinin həqiqəti ilə bağlı hər hansı məlumatı araşdırmasını xahiş edirəm. Livanın keçmiş ətraf mühit naziri Viam Vəhhabın bəyanatlarını qəbul edin və bunları bu işlə bağlı məlumat kimi qiymətləndirin və qulaq asın”.
Viam Vəhhab daha əvvəl televiziya proqramında verdiyi açıqlamada “Müəmmər Qəddafi” ilə görüşündə şəhid Musa Sədrin taleyi ilə bağlı məlumatı olduğunu, lakin problem yaşanmaması üçün bu məlumatı açıqlaya bilməyəcəyini bildirib.
Qəddafinin oğlu: “Araşdırmalar ciddi şəkildə izlənilir və bu işlə bağlı hər hansı bir məlumat, xüsusən də bu sahədə biliyə malik olduğunu açıq şəkildə bəyan edən Livanlı nazir Vəhhab kimi şəxslərdən gələn məlumatlar diqqətdən kənarda qalmamalıdır” söyləyib.
Hannibal Qəddafi şəhid Sədrin taleyi ilə bağlı heç bir məlumatı olmadığını və bu hadisə zamanı 3 yaşında olduğunu və onunla heç bir əlaqəsi olmayan bir işə görə həbs edildiyini vurğulayıb.
1975-ci ilin sentyabrında anadan olan Hannibal Qəddafi Livan məhkəmə sisteminin əmri ilə həbs edilib və 1978-ci ildə Tripolidə yoxa çıxan şəhid Musa Sədr və onun dostları Məhəmməd Yaqub və Abbas Bədrəddinin taleyi ilə bağlı məlumatları gizlətməkdə ittiham olunur.
Qəddafinin oğlundan şəhid Musa Sədr dosyesi ilə bağlı yeni bəyanat