Bir sıra beynəlxalq təşkilatlar iyul 23-də Qubad İbadoğlunun həbsindən bir il ötməsi ilə əlaqədar birgə bəyanat yayaraq Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı siyasi təqiblərə son qoymağa, siyasi məhbusları azad etməyə çağırıblar.
“Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər, siyasi müxalifət üzvləri, qeyri-hökumət təşkilatlarının liderləri də daxil olmaqla, geniş təbəqəni hədəf alan vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyaları qətiyyətlə pisləyirik. Xüsusilə, bir il əvvəl bu gün zorakılıqla və haqsız yerə həbs edilən Dr. Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq”, bəyanatda qeyd edilir.
Bəyanatı “Amnesty International”, “Human Rights Watch”, Norveç Helsinki Komitəsi, “Transparency International” və 10-dan artıq digər insan hüquqları təşkilatları imzalayıblar.
Noyabrda BMT-in İqlim Konfransına (COP29) ev sahibliyi edəcək Azərbaycanın qlobal diqqət mərkəzində olduğunu bildirən bəyanat müəllifləri qeyd edir ki, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) üzv dövlətlər Azərbaycan hökumətinə insan hüquqları üzrə öhdəliklərinə riayət etməsi, o cümlədən əsassız həbs edilmiş fəalları və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməsi üçün təzyiq etməlidir.
“Qubadın və digər siyasi məhbusların həbsdə olması faciəvi haldır. Bu həbslər davam etdikcə Azərbaycan hazırkı rəhbərlik altında istədiyi beynəlxalq hörməti görməyəcək”, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç deyib.
Bəyanatda həmçinin UNFCCC katibliyinin Azərbaycanda insan hüquqlarının ağır vəziyyətini nəzərə alaraq iqlim konfransında vətəndaş cəmiyyətinin iştirakını təmin etmək üçün Azərbaycan hökuməti ilə işləməli olduğu vurğulanır.
“Atam kimi şəxslərin öz fikirlərinə görə həbs edildiyi və işgəncələrə məruz qaldığı bir ölkədə iqlim dəyişikliyi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilə bilməz. 300-dən çox insanın siyasi baxışlarına görə həbsdə olduğu Azərbaycanda COP29 keçirilə bilməz”, Qubad İbadoğlunun oğlu İbad Bayramov vurğulayıb.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini tənqidi səslərə qarşı təqiblərə son qoymağa çağırır