Netanyahu ABŞ Konqresinin binasında yəhudilər tərəfindən etirazla qarşılanıb

ABŞ Konqresinə toplaşan yəhudi fəallar Konqresdə çıxış etmək üçün Vaşinqtona gələn İsrailin baş naziri Benyamin Netanyahuya etiraz edərək Qəzzada dərhal atəşkəs elan edilməsini istəyiblər.

Yəhudi fəallar Netanyahuya və İsrail hökumətinin Qəzzaya hücumlarına etiraz etmək üçün ABŞ Konqresinin binasına toplaşıblar.

Nümayişçilər yerdə "Atəşkəs indi" yazılmış pankartlarla Qəzzada atəşkəs tələblərini dilə gətirib, "Yaşasın Qəzza", "Fələstini azad edin", "Soyqırımı dayandırın" kimi şüarlar səsləndiriblər.

İsrailin silahlanmasının dayandırılmasını tələb edən pankartlar da açan nümayişçilər tez-tez Netanyahu əleyhinə şüarlar səsləndirib və dərhal atəşkəsə çağırıblar.

Çərşənbə günü, iyulun 24-də Konqresin birgə iclasında çıxış edəcək Netanyahuya qarşı Vaşinqtonda nümayişlərin keçiriləcəyi gözlənilir.