19 July 2024

Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında pley-offa yüksəliblər

Azərbaycanın stolüstü tennisçiləri Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənclər arasında Avropa cempionatında şəxsi yarışlarda qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər.

Mərziyyə Nurmətova - Aylin Əsgərova tandemi isə qoşa yarışlarda etimadı doğruldub.

Yəmənin Ənsarullah Hərəkatı Təl-Əvivi vurdu

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri Yəmən silahlı qüvvələrinin işğal olunmuş bölgələrdə İsrailin paytaxtı Təl-Əvivi pilotsuz təyyarə ilə hədəfə aldığını açıqlayıb.

İsrail mediası pilotsuz təyyarə hücumunun baş verdiyini elan etdikdən sonra Yəmən silahlı qüvvələri qısa bir bəyanatla bu xüsusi əməliyyatla bağlı mühüm açıqlama verəcəklərini bildiriblər.

Fələstin müqavimət qrupları: Məscidül-Əqsanın təhqir olunması pislənir

Fələstin müqavimət qrupları sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Querin Məscidül-Əqsaya qarşı təhqiramiz hərəkətini pisləyib, bunu İslam ümmətinin müqəddəs məkanlarını yəhudiləşdirmək və onlara hökmranlıq etməkdə işğalçıların sui-qəsdlərinin irəliləyişinin əlaməti hesab ediblər.

“Azel” TV saytının rəhbəri Əfqan Sadıqovu Gürcüstandan buraxmayıblar

İyulun 17-də “Azel” TV saytının rəhbəri Əfqan Sadıqovun Tbilisidən Ankaraya getməsinə icazə verilməyib. Onu sərhəd-pasport nəzarətində saxlayaraq geri qaytarıblar. Bu barədə Turan agentliyinə Sadıqov özü bildirib.

Sadıqovun sözlərinə görə, ona deyiblər ki, Azərbaycandan başqa heç bir ölkəyə gedə bilməz.

Avropa Məhkəməsi Bəxtiyar Hacıyevin işini araşdırmağa başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin şikayətini araşdırmağa başlayıb.

Məhkəmə işi Hacıyevin 2022-ci ilin dekabrında həbs edilməsi və ona qarşı açılan cinayət işi çərçivəsində aparılan axtarış və götürmə əməliyyatı ilə bağlıdır.

Fəal AİHM qarşısında məhkəməyəqədər həbsinin qanunsuz və siyasi motivli olmasından, habelə onun Bakıda yaşadığı evdə və avtomobilində aparılan axtarış əməliyyatının qanunsuzluğundan şikayətlənib.

İsrail parlamenti Fələstin dövlətinin yaradılmasının əleyhinə səs verib

İsrail parlamenti cümə axşamı Fələstin dövlətinin qurulmasına qarşı "ekzistensial təhlükə" kimi səs verib və bu, Fələstinin və beynəlxalq ictimaiyyətin tənqidlərinə səbəb olub.

Çərşənbə günü 120 üzvdən ibarət "Knesset" İsrail tərəfindən işğal edilmiş torpaqlarda Fələstin dövlətinin yaradılmasının "İsrail-Fələstin münaqişəsini davam etdirəcəyini və regionda sabitliyi pozacağını" bildirən qətnaməni qəbul etmək üçün 68 lehinə, 9 əleyhinə səs verib. Bu qətnamə simvolikdir.